Peşəkarlığa doğru

Rəsmi lisenziyalı proqramlarla inkişaf edin!

Hər an, hər yerdə

İnteraktiv dərslərinizi istənilən yerdən idarə edin!

Sərhədsiz təhsil

Word, Excel, PowerPoint və s. proqramlar təhsilinizin etibarlı dayağı olacaq!

Haqqımızda

Edulicense sosial layihəsi 2018-ci ilin iyun ayında dörd mühüm müəssisə: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzInTelecom, BestComp Group, Microsoft Korporasiyasının Azərbaycan təmsilçiliyinin təşəbbüsü ilə həyata keçirilir. Bu layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri ilə əməkdaşlıq edərək, təhsil alan hər bir gənc üçün, rəsmi lisenziyası olan pulsuz proqram təminatı ilə təchiz etmək məqsədi güdülür. Əsas məqsəd, gənclərin təhsil almasında və şəxsi inkişafina güclü və etibarlı dəstək olmaqdır.

Təşəbbüskarlar

  • Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.
  • "AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nın fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir. "AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərir.
  • 1995-ci ildə yaradılan BestComp Group şirkəti sistem inteqrasiyası, data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, IT təhlükəsizlik, distribüsiya, pərakəndə satış və digər İT xidmətləri (server həlləri, KGS, POS – avadanlığı və s.) sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biridir. BestComp Group HP Enterprise şirkətinin “Platinum”, HP Inc., Oracle, Thales və Palo Alto şirkətlərinin “Gold”, Microsoft, Acer, Lenovo, Cisco, Fortinet və 50-dən artıq digər qabaqcıl şirkətin rəsmi tərəfdaşıdır. BestComp Group ölkədədaxili və ölkə xaricində yüzlərlə müxtəlif IT layihələri uğurla həyata keçirmişdir. Şirkətin məhsul və xidmətləri müştəri məmnuniyyətinə və müştərilərin biznes proseslərinin səmərəliliyinin artırılmasına yönəldilmişdir. BestComp Group ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatına malikdir.
  • Microsoft Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Hal-hazırda dövlət, özəl sektor və təhsil sahələri üzrə çalışan 8 əməkdaşla təmsil olunub. Microsoft-Azərbaycanın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi Microsoft Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir. Azərbaycan bazarında təklif etdiyimiz çeşidli məhsul və həllərimiz e-idarəetmə, biznes inkişafı və təhsil sahələrində uğurla tətbiq olunur.

Tərəfdaşlar




Qeydiyyatdan necə keçməli?

Son xəbərlər

499
QEYDİYYATDAN KEÇƏNLƏR
2
MƏHSULLAR
46
TƏHSİL MÜƏSSİSƏLƏRİ
4
TƏŞƏBBÜSKARLAR

ELƏ İNDİ QOŞULUN

Azərbaycanda 155 000 yaxın təhsil alan gənc üçün yaradılan pulsuz fürsətdən faydalanın və fərdi inkişafınızın əsasını daha dayanıqlı edin!

Çətinliyiniz yaranıb?

BİZ DAİM SİZƏ YARDIM ETMƏYƏ HAZIRIQ